
Türkiyənin ən böyük neft emalı zavodlarından olan Türkiye Petrol Rafinerileri (“Tüpraş”) Rusiya neftinin tədarükündən imtina edir.
Globalinfo.az xəbər verir ki, məlumatı “Bloomberg” öz mənbələrinə istinadən yayıb.
Bildirilib ki, “Tüpraş” rus neftini yalnız G7-nin müəyyənləşdirdiyi 60 dollarlıq qiymət səviyyəsində olanda alır. Məlumata görə, “Tüpraş” Baydenin son sanksiyalarından sonra Rusiya neftini almağı dayandırıb. Bunun Rusiyanın neft ixracına böyük zərbə olduğu bildirilib.
Qeyd edək ki, “Tüpraş” keçən il Rusiyadan sutkada 180 min barrel Rusiya nefti alıb. Bu, Rusiyanın ixracının 5,5%-ni təşkil edib.
Əliyar Xəlil
Globalinfo.az