Türkiyədən Kəlbəcərə gələn fəhlə öldü

Kəlbəcərdə tikinti-bərpa işləri zamanı bədbəxt hadisə baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Toğanalı-Kəlbəcər tunelində daş qopması nəticəsində bir nəfər fəhlə ölüb.

Ölən şəxsin 1968-ci il təvəllüdlü Osman Kaya adlı Türkiyə vətəndaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.