hakan fidan aa 2171681

Beynəlxalq ictimaiyyət Qəzza zolağında atəşkəs məsələsində İsrailə təzyiq göstərməlidir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“İsrailin Qəzzada atəşi dayandırmaq istəyi yoxdur. Onun HƏMAS-ın atəşkəs təklifindən imtina etməsi çıxılmaz vəziyyət yaradıb. Mən beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıram. Münaqişənin genişlənməsi, Qəzzadakı hər hansı yanlış addım qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər”, – deyə Fidan səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhan Əl Səud ilə danışıqlardan sonra bildirib.

Paylaş: