Türkiyədəki səfirimiz Rəsulzadənin məzarında – FOTOLAR

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadimin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri, çələng qoyulub.

Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib - FOTO
Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib - FOTO