2 41

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, bağlanış mərasimində çıxış edən təlim rəhbərləri icra olunmuş fəaliyyətlərin nəticələri və ümumi təhlili barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbir zamanı təlimin gedişatını əks etdirən statistik göstəricilər təqdim olunub, həmçinin beynəlxalq axtarış-xilasetmə təliminə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçı heyətlər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.

0e30c131f698276c8d65d09e5332cbdfffaf83a22eee1cf5ce24dd17d671d8ef6a5a0dcebb9cfdf87f5bdafbee6740d09b5cf16d38668c3ea8bf838ba4b5b71e

Paylaş: