Türkiyənin Tunceli əyalətinin Ovacık rayonunda zirehli maşın aşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O bildirib ki, zirehli maşının aşması nəticəsində 4 əsgər həlak olub, 1-i yaralanıb.
Əraziyə helikopterlə hərbçilər, təcili yardım briqadası və digər qurumların əməkdaşları cəlb edilib.
Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.