Türkiyədə zəlzələnin nəticələri ilə bağlı son durum

Türkiyənin cənub-şərqində fevralın 6-da baş verən zəlzələdən sonra 820 mindən çox bina istismara yararsızdır.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum deyib.

“11 əyalətdən 5-də dəymiş ziyanın qiymətləndirilməsini yekunlaşdırdıq. Qiymətləndirmənin nəticələrinə görə, 1 milyon 706 min binadan nəticə belədir: 821 min 302 bina dağılıb, ya da dağılmaq ərəfəsindədir”, – M.Qurum bildirib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Ölkədə 48 minə yaxın insan zəlzələ nəticəsində həlak olub.