Zəlzələ bölgəsində meşə yanğınları başlayıb: İnsanlar təxliyə olunur

Fevral ayında Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələdə ən çox zərər görən  yerlərdən olan Osmaniye bölgəsinin Düziçi ərazisində meşə yanğını başlayıb. 

Globalinfo.az xəbər verir ki, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edildiyi bildirilir.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil, söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, hazırda ölkənin müxtəlif bölgələrində meşə yanğınları davam edir. Bəzi ərazilərdə yaşayan sakinlərin təxliyəsinə başlanılıb.