AA 20251027 39539011 39539009 BALIKESIRDE 61 BUYUKLUGUNDE DEPREM scaled

Mərkəzi Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınan güclü zəlzələdən zərər çəkən 19 nəfərdən 4-ü artıq evə buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu açıqlama verib.

***00:47

Türkiyənin Balıkesir bölgəsinin Sındırqı ilçəsində baş verən zəlzələ zamanı dağıntılar qeydə alınıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Sındırqı icra başçısı Doğukan Koyuncu məlumat yayıb.

“Hazırda bir neçə nöqtədə dağıntı müşahidə olunur. İndiyə qədər hər hansı insan tələfatı qeydə alınmayıb, araşdırmalar davam edir. Kəndlərdən də hələlik mənfi xəbər gəlməyib”, – o bildirib.

AFAD hadisə ilə bağlı yeni açıqlama yayaraq zəlzələdən sonra bölgədə zərər görmüş binalara daxil olunmaması barədə xəbərdarlıq edib:

“Zəlzələdən sonra zərər görmüş binalara qətiyyən girməyin. Riskli tikililərin yaxınlığında dayanmayın. Əlaqə saxlamaq üçün SMS və internet əsaslı mesajlaşma proqramlarından istifadə edin. Rəsmi orqanların xəbərdarlıqlarını izləyin”.

AA 20251027 39539277 39539276 BALIKESIRDE 61 BUYUKLUGUNDE DEPREM AA 20251027 39539277 39539275 BALIKESIRDE 61 BUYUKLUGUNDE DEPREM AA 20251027 39539277 39539274 BALIKESIRDE 61 BUYUKLUGUNDE DEPREM

***00:36

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Balıkesirin Sındırqı rayonunda baş vermiş zəlzələ ilə əlaqədar açıqlama verib.

Globalinfo.az xəbər verir ki, nazir hazırda ərazidə araşdırma aparıldığını, dağıntı və tələfat barədə isə yaxın saatlarda ətraflı məlumat veriləcəyini deyib.

“Balıkesirin Sındırgı bölgəsində baş verən və ətraf vilayətlərdə də hiss olunan 6,1 bal gücündə zəlzələ ilə bağlı Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) və aidiyyəti qurumlarımızın bütün komandaları dərhal sahə araşdırmalarına başlayıblar. Hadisənin gedişatını yaxından izləyirik. Zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun deyirik”, – o bildirib.

***00:17

Balıkesirin Sındırqı bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Zəlzələ İstanbul, Manisa, İzmir və Aydın kimi vilayətlərdə də hiss olunub. Yeraltı təkanlardan təşvişə düşən sakinlər evlərini tərk edərək küçələrə çıxıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: