Türkiyənin Kırıkkale şəhərində kimyəvi məhsullar istehsal edilən zavodda yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, yanğının baş vermə səbəbləri məlum deyil.
Alovlar qısa müddətdə bütün fabriki bürüyüb və qara tüstü göyə qalxıb. Zavoddan hələ də partlayış səslərinin eşidildiyi bildirilir.
Əraziyə yanğınsöndürmə briqadası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, zavodda mədən yağı, antifriz, aerosol spreylər kimi məhsulların istehsal olunur.
Safura Bənnayeva
Globalinfo.az
