Türkiyədə zavod belə yandı – FOTOLAR

Türkiyənin Denizli şəhərində kimyəvi məhsullar istehsal edən zavodda güclü yanğın baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğından sonra zavodda bir neçə partlayış da qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Zavodun əməkdaşları təxliyə edilib.

Hadisə nəticəsində xəsarət alanların olması ilə bağlı hələ ki məlumat verilməyib.