Türkiyədə yaşayış binası uçdu: yaralılar və dağıntı altında qalan var – VİDEO

Türkiyənin Kilis şəhərində yaşayış binası uçub.

Globalinfo.az ölkə mediasına istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altında qalan 3 nəfəri xilas ediblər. Dağıntılar altında daha bir nəfərin qaldığı ehtimal edilir. Axtarışlar aparılır.

Dağıntılar altından çıxarılanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onların ikisi azyaşlıdır.

Qeyd edilib ki, dağılan bina zəlzələ zamanı zərər görüb.