
Konyada 4 mərtəbəli binanın çökməsi səbəbilə başladılan axtarış-xilasetmə tədbirləri bitib.
Globalinfo.az xəbər verir ki, dağıntıların altından daha bir nəfərin meyiti çıxarılıb.
Qeyd edək ki, ümumi olaraq, baş verən hadisə nəticəsində üç nəfərin həyatı xilas edilib, iki nəfər ölüb.
***12:31
Konyada 4 mərtəbəli binanın dağıntıları altından bir nəfərin cansız bədəni çıxarılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, dağıntıların altında ümumi 5 nəfər qalıb.
Onların 3-ü xilas edilib, 1-i həlak olub, digəri ilə bağlı isə heç bir məlumat yoxdur.
***10:55
Türkiyənin Konya vilayətində çökən üçmərtəbəli binada axtarış-xilasetmə işləri davam etdirilir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, xilasedicilər çökmə zamanı sağ qalan üç nəfəri dağıntıların altından sağ çıxara bilib.
Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, sosial şəbəkədə AFAD əməkdaşı ilə dağıntılar altından xilas edilən şəxslərdən birinin dialoqunun videosu yayılıb.
X X X
Türkiyənin Konya şəhərində yaşayış binasının uçmasında günahkar bilinən 4 nəfər saxlanılıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” Konya prokurorluğuna istinadən məlumat yayıb.
“Konya vilayətinin Səlçuqlu rayonunda dördmərtəbəli binanın (onlardan 3-ü yaşayış) uçmasında günahkar bilinən 4 şübhəli şəxs saxlanılıb. Hadisə yerində ətraflı araşdırmalar davam edir”, – bəyanatda bildirilib.