Mehmet Yasar Coskun ronesans rezidans

Xəbər verdiyimiz kimi, Hatayda zəlzələ nəticəsində dağılan “Rönesans Residence”in podratçısı Mehmet Yaşar Coşqun dünən İstanbul Hava Limanından Monteneqroya qaçarkən saxlanılıb.

Globalinfo.az xəbər verir ki,  bu gün Mehmet Yaşar Coşqun barəsində həbs qərarı verilib.

Qeyd edək ki,  şirkət binanın satışı üçün “cənnətdən bir kvadrat” sözləri ilə PR aparıb. Qısa zamanda şirkət istədiyinə nail olub. İllər sonra baş verən güclü zəlzələ həmin yaşayış binasını yerlə-yeksan edib. Həmin görüntülər sosial mediada qınaq obyektinə çevrilib.

Gülnar Səlimova

Globalinfo.az

Paylaş: