Türkiyədə tarixi seçki başladı – Qadağalar var…

Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Globalinfo.az xəbər verir ki, mayın 14-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

***08:00

Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri başlamaq üzrədir.

Globalinfo.az xəbər verir ki, seçki prosesi Bakı vaxtı ilə 9:00-da start götürəcək.

Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan mübarizə aparır.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Səsvermə günü saat 06:00-dan 00:00-dək spirtli içki satışı, restoranlarda verilməsi və içilməsi qadağandır. Restoranlar yanlız qida ilə vətəndaşları təmin edə bilərlər. Bütün əyləncə mərkəzləri səsvermə müddətində bağlı olacaq. İş başında olan hüquq-mühafizə orqanı əməkdaşlarından başqa kimsə icazəli silahını gəzdirə bilməz.

Ötən gün saat 18:00-da başlayan təbliğat qadağası bu gün 21:00-dan sonra götürüləcək.

Ali Seçki Qurumu seçkinin ilkin nəticələrini 23:59-da qədər elan edəcək.

Səs sayımı və nəticələr canlı yayımla aparılacaq.