Türkiyədə tarixi bina yanır – FOTO

Türkiyənin Qırxlareli şəhərində tarixi binada yanğın başlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, şəhərin Qaraqaş məhəlləsində yerləşən və kafe kimi istifadə edilən ikimərtəbəli bina Osmanlı dövrünə aiddir.

Yanan binanın yaxınlığında yerləşən dördmərtəbəli yaşayış binasının sakinləri təxliyə olunub.

Yanğına müdaxilə davam edir.