Türkiyədə Sunami təhlükəsi aradan qalxdı – YENİLƏNDİ

Türkiyədə bu axşamkı zəlzələ səbəbindən dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı araşdırmalar yekunlaşıb və müvafiq xəbərdarlıq aradan qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat verilib.

Bildirlib ki, Kandilli rəsədxanasında aparılan hesablamalar nəticəsində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq ləğv edilib.

***22:01

Xəbər verdiyimiz kimi, Türkiyədə daha iki ardıcıl güclü zəlzəələ baş verib.

Globalinfo.az xəbər verir ki, Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən sonra Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi sunami xəbərdarlığı edib.

Zaira Akifqızı

Globalinfo.az