***21:10
Türkiyənin Balıkesir bölgəsində 6,1 bal gücündə zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Kandil rəsədxanası məlumat yayıb.
Hadisə nəticəsində bir binanın çökdüyü iddia edilir. Ölkənin daxili işlər naziri Ali Yerlikaya isə neqativ bir vəziyyət olmadığını bildirib.
“AFAD və digər aidiyyəti qurumlarımızın bütün komandaları dərhal əraziyə göndərilib və sahədə araşdırmalara başlayıblar. Hazırda hər hansı mənfi vəziyyət qeydə alınmayıb. Prosesi anbaan izləyirik”, – nazir qeyd edib.
***
Məlumata görə, daha 12 binada dağıntı baş verib.
***
Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə daha üç zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Zəlzələlər 20:01-də 4,6, 20:04-də 4,1 və 20:06-da 4 bal gücündə qeydə alınıb.
Sındırqı vilayət valiliyinin məlumatına görə, ilk təkanlardan sonra 10-a yaxın yaşayış binası çöküb.
İstanbulun Sultanqazi və Bahçelievler ərazisində də vətəndaşlar evlərini tərk edib. Küçükçekmecedə sakinlər parklara axın edib.
***
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda zəlzələ nəticəsində çökən binada dağıntılar altında qalan 6 nəfərdən 5-i xilas edilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, dağıntılar altında qalan 1 nəfərlə bağlı axtarış-xilasetmə əməliyyatı davam edir.
***
Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bildirib ki, zəlzələ nəticəsində xəsarət alan 4 nəfərin müalicəsi xəstəxanada davam etdirilir və həyatları təhlükədə deyil.
***
Balıkesir Bələdiyyə sədri Əhməd Akın deyib ki, baş verən zəlzələ nəticəsində bir nəfər həyatını itirib.
Xəbər yenilənir…
