Türkiyədə sərnişin avtobusu aşdı: ölənlər və yaralananlar var – FOTO / VİDEO

Türkiyənin Qars bölgəsində sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, 22 nəfər isə yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.

Vəziyyəti ağır olan yaralı magistral yola enən təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.

***

Türkiyənin Qars bölgəsində Sarıqamış rayonunda sərnişin avtobusu 50 metr hündürlükdə dərəyə aşıb.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində ilkin məlumata əsasən 5 nəfər ölüb, çox sayda yaralı var.

Hadisə yerinə xilasedicilər cəlb edilib.