turkiye secki 1

Bu gün Türkiyənin üç rayon və dörd qəsəbəsində yenidən bələdiyyə seçkiləri keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.

Qeyd edilib ki, martın 31-də keçirilmiş seçkilərdən sonra edilən etirazları araşdıraraq sözügedən ərazilərdə seçkilərin yenidən təşkilinə qərar verilib.

Məlumata görə, yerli vaxtla 08:00-17:00 arasında keçiriləcək seçkilər Kayseri, Sivas, Tunceli və bu yerlərin ərazi bölgülərində baş tutacaq.

Qeyd edək ki, martın 31-də keçirilmiş bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) 37,76 % səslə 1977-ci ildən bəri ilk dəfə birinci olub və yerli idarəetmə səviyyəsində hakim partiyaya çevrilib.

Paylaş: