Türkiyədə prezident seçkiləri ilə bağlı qərar verildi

Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Əhməd Yenər danışıb.

O qeyd edib ki, seçkilər mayın 28-də keçiriləcək.

“Ölkə daxilində seçki qutularının 100 faizi açılıb. Son nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 49.51, kamal Kılçdaroğlu 44.88, Sinan Oğan isə 5.14 faiz səs toplayıb. 28 may bazar günü ikinci turun keçirilməsinə qərar verilib”, – Əhməd Yener bildirib.