istanbulda polis servisinin de 19698426 9027 1 m

İstanbul Başakşehirdə güclü yağış səbəbindən, polis əməkdaşlarını daşıyan xidmət avtomobilinin də iştirak etdiyi zəncirvari qəza baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

“Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə çox sayda yanğınsöndürmə, təcili tibbi yardım və polis qüvvələri cəlb edilib.

Qəza nəticəsində 1 polis əməkdaşı həlak olub, 16 polis əməkdaşı isə yaralanıb. Qəza yerində müdaxilə işləri davam edir”, – deyə bildirilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: