Türkiyədə neft quyusunda güclü partlayış: ölən var – VİDEO

Türkiyənin Diyarbakır şəhərində neft quyusunda güclü partlayış olub.

Globalinfo.az-ın xəbərinə görə, Türkiyə mətbuatı yazır ki, hadisə qazma işləri zamanı baş verib.

İnsident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Partlayışa səbəb kimi qaz sıxışması göstərilir.

Yayılan digər məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha üç nəfər yaralanıb.