Türkiyənin İzmir vilayətinin Əliağa ilçəsində yerləşən “Tüpraş” neft emalı zavodunda partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, partlayışdan sonra ərazidə güclü yanğın başlayıb.
Partlayış müəssisənin yağ qızdırıcı sobasında qeydə alınıb, o da yanğına səbəb olub.
Hazırda yanğınsöndürənlər əraziyə cəlb edilib.
Partlayış nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Fövqəladə vəziyyətin səbəbləri aydınlaşdırılır.