Türkiyədə 13 hektar meşə sahəsi yandı – FOTO / YENİLƏNİB

Türkiyənin Burdur vilayətinin Bucak rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb.

Globalinfo.az xəbər verir ki, yanğının söndürülməsinə 3 helikopter, 5 təyyarə, 15 suçiləyici, 2 yanğınsöndürən maşın və 3 su tankeri cəlb edilib.

Təxminən 13 hektar ərazinin yandığı bildirilir.

***20:28

Türkiyənin Burdur vilayətinin Bucak rayonunda meşə yanğını başlayıb.

Globalinfo.az xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 2 helikopter, 5 təyyarə və çoxlu sayda canlı qüvvə göndərilib.

Əraziyə İsparta Meşə İdarəsinin əməkdaşları da cəlb edilib.