Türkiyədə iki avtobusla yük maşını toqquşdu: ölənlər və yaralananlar var

Türkiyədə Ərzurum-Qars magistral yolunda iki avtobus və bir yük maşını toqquşub.

Globalinfo.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə ilə bağlı əraziyə təcili tibbi yardım briqadaları, jandarma və axtarış-xilasetmə qrupları cəlb edilib.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.