Türkiyədə hotelin tavanı çökdü – 32 nəfər xəsarət aldı / YENİLƏNDİ

Türkiyənin Qars vilayətinin Sarıqamış şəhərində hotelin tavanının çökməsi nəticəsində 32 nəfər xəsarət alıb.

Bu barədə “Haber Türk” kanalı məlumat yayıb.

Xəsarət alnlardan 23 nəfərinə yerində tibbi yardım göstərilib.

Digər 9 nəfər isə xəstəxanaya aparılıb.

Hadisə vaxtı zalda 140-a yaxın insanın olduğu bildirilir.

***

Türkiyədə hotelin tavanının çokməsi nəticəsində 10 nəfər xəsarət alıb.

Bu barədə “Haber Türk” kanalı məlumat yayıb.

Hadisə Sarıqamış faciəsinin 108-ci ildönümü ilə əlaqədar Qarsda təşkil olunan anım mərasimində baş verib.

Qarsda olan gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu xəsarət alanlara baş çəkib.

***

Türkiyənin Qars vilayətinin Sarıqamış şəhərində yerləşən hotel zalının tavanı çöküb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Haber Türk” kanalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə baş verən zaman hoteldə Sarıqamış əməliyyatının 108-ci ildönümünə həsr olunmuş sənədli filmin nümayişi keçirilirdi.

Hazırda yaralanan və dağıntılar altında qalan insanların olduğu bildirilir.

Hadisə yerinə çoxlu sayda təcili yardım, polis, xilasetmə və jandarma qrupları cəlb olunur.