Türkiyədə həbs olunan podratçıların sayı artıb

Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlər nəticəsində dağılan və ya inşaat qaydalarının pozulduğu təsbit edilən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1068 şübhəlinin məsuliyyəti müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, saxlanılanların 269-u həbs edilib, 320 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.

Bundan başqa, 228 şübhəli barəsində həbs, 106 nəfər barəsində isə saxlanılma qərarı verilib.

Şübhəlilərdən 43-nün həyatda olmadığı, 14 şübhəlinin isə xaricdə olduğu müəyyən edilib.

Həmçinin, 86 şübhəli ifadələri alındıqdan sonra sərbəst buraxılıb.