Türkiyənin şimalındakı Çorum şəhərində yaşayış binasında partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Osmancık küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə məişət qazı partlayıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 33 nəfər xəsarət alıb.
Əraziyə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım maşını göndərilib
Partlayış nəticəsində evin bir neçə mərtəbəsi demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə ziyan dəyib.