Türkiyədə fabrikdə güclü yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə Denizli şəhərinin Çardak rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, filtr sistemləri istehsal edən bir fabrikin anbar hissəsində yanğın olub.
“Yanğın qısa müddət içərisində fabrikin böyük hissəsinə yayılıb. Hadisə zamanı fabrikin boş olduğu öyrənilib. Əraziyə çox sayda yanğınsöndürən briqadalar göndərilib və alovların yayılmasını dayanmağa müvəffəq olublar”, – deyə Türkiyə KİV-lərində yazılıb.
Hazırda yanğını idarə altına almaq və söndürmək üçün işlər davam etdirilir.