Qanunsuz mərc oyunlarına təşviq etməkdə təqsirli bilinən müğənni Sərdar Ortaç saxlanılıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hakim qarşısına çıxarılan Ortaç ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.
“Məhkəmə nəzarəti şərti ilə azadlığa buraxıldım. Cəmiyyətə pis örnək oldumsa, Allah məni bağışlasın. Qumar bəlası hələ də başımı ağrıdır. Evimi apardı, pulumu, evliliyimi, sağlamlığımı da, məni məhkəməyə gətirdi. Daha nə qumar oynayaq? Bunu xalqa necə izah edəcəyimi bilmirəm”, – Ortaç ilk açıqlamasında bildirib.
***12:25
Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat keçirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 20 nəfər saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxslər arasında şoumen Məhmət Əli Ərbil də var. Məşhur müğənni Sərdar Ortaç isə axtarışa verilib.