isid 2

Türkiyədə İŞİD terror təşkilatının media strukturunun rəhbərlərindən biri həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində Əhməd Kazancı saxlanılıb. Onun terror təşkilatının media şəbəkəsində məsul şəxslərdən biri olduğu bildirilir.

Telekanalın məlumatına əsasən, şübhəli sərhəd bölgəsində keçirilən əməliyyat zamanı yaxalanıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunur ki, “Əbu Ubeydə” və “Əbu İbrahim” kod adlarından istifadə edən Əhməd Kazancı İŞİD-in media fəaliyyətinin təşkilində iştirak etməkdə şübhəli bilinir.

Araşdırmalar davam etdirilir.

В Турции задержан один из руководителей медиаструктуры ИГИЛ

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: