Türkiyədə əhaliyə müjdə: Maskaya görə yazılan cərimələr silinir

Türkiyədə maska taxılması məcburi olan dönəmdə yazılan cərimələr silinir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Rəsmi Gazete” məlumat yayıb.

Qərara əsasən, 11 Mart 2020 – 9 noyabr 2022-ci il tarixləri aralığında mövcud qanuna istinadən nəzərdə tutulan cərimələr tələb olunmayacaq, alınan cərimələr isə geri qaytarılmayacaq.

Qeyd edilib ki, artıq bu barədə qərar imzalanıb.

Gülnar Səlimova
Globalinfo.az