Türkiyədə dəhşətli qəza: 12 ölü, 30-dan çox yaralı – VİDEO / YENİLƏNİB

Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

31 nəfər isə yaralanıb. Hadisə yerinə 22 təcili yardım maşını cəlb olunub.

***

Türkiyənin Hatay vilayətində ağır avtomobili qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb.

Məlumata görə, yük avtomobili əsgərləri yola salan izdihamın içərisinə çırpılıb.

Ümumilikdə qəza zamanı 12 avtomobilə ziyan dəyib.