Türkiyədə daha bir zəlzələ oldu

Türkiyənin Adana vilayətinin Aladağ rayonunda zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkan 4,5 maqnitudada baş verib.

Zəlzələ yerli saatla 17:36-da, yerin təxminən 7,3 kilometr dərinliyində baş verib.