Türkiyədə daha bir bölgədə güclü meşə yanğını: helikopterlər cəlb edilib

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda meşəlik güclü yanğın başlayıb.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, havanın küləkli olması başlayan yanğının miqyasının genişlənməsinə səbəb olub.

Əraziyə yanğınsöndürənlər və helikopterlər cəlb olunub. Güclü külək yanğına qarşı effektiv mübarizə aparmağa da mane olub.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Globalinfo.az