Türkiyədə CHP-ə yeni sədr seçilib

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədr seçilib. 

Globalinfo.az xəbər verir ki, seçkidə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu səsvermədə lazımi qədər səs yığa bilməyib. Onun rəqibi Manisa vilayətindən olan millət vəkili Özgür Özel olub.

Kılıçdaroğlu ikinci turda 534, Özel isə 811 səs toplayıb.

Özel əczaçıdır və bir müddət bu peşədə çalışıb. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 2015-ci ildə isə onun deputat qrupunun sədri olub.

CHP 1923-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) sonra ölkədə ikinci güclü siyasi qüvvədir. Builki parlament seçkilərində CHP Türkiyə Böyük Millət Məclisində 169, AKP isə 268 mandat qazanıb.