Türkiyədə çevriliş cəhdinə Ərdoğandan ilk reaksiya

kjbjkbjb684684 1

“Biz burdayıq, sapsağlamıq, qanundankənar hərəkətlərə yol verənləri məsuliyyətə cəlb edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirilən partiya iclasında deyib.

O, ölkədə çevriliş cəhdinin planlaması ilə bağlı danışıb:

“Biz həm kuklanı, həm də kuklaçını çox yaxşı tanıyırıq. Ölkədə bürokratik qəyyumluğa imkan verməyəcəyik. Gündəmə gələn bu hadisəni ən xırda detallarına kimi izləyirik. Ölkə və millətə qarşı vəzifəni yerinə yetirməmək üçün heç bir bəhanə ola bilməz. Bizə qəzet başlıqlarında vaxt təyin edənlər oldu. Qorxanlar, ambisiyalarına yenilənlər oldu. Onlar indi yoxdurlar, unudulublar. Biz burdayıq, güclü şəkildə dayanmışıq”.

Qeyd edək ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı dövlət çevrilişi cəhdi ilə bağlı Ankaraya xəbərdarlıq edib. Bundan sonra Prezident Rəcəb Tayyib Ərdoğan gecə saatlarında kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə təcili toplantı keçirib. Nəticədə Ankarada Təhlükəsizlik Xidmətinin bəzi əməkdaşları vəzifədən uzaqlaşdırılıb.

Ayşən Mustafa
Globalinfo.az