Türkiyədə azərbaycanlı qadın güllələndi: Polis məmuru həbs edildi

Türkiyənin Samsun bölgəsinin Atakum rayonunda azərbaycanlı qadın 39 yaşlı Jalə Bağırova döş nahiyəsindən güllələnib.

Globalinfo.az xəbər verir ki, şübhəli polis məmuru Cavit Geçer həbs edilib.

Məlumata görə, hadisə ötən gecə Samsunun Atakum mahalının Kocadağ rayonunda baş verib. Samsun İl Polis Şöbəsinin polis məmuru Cavit Geçer Jalə Bağırova ilə getdiyi üzüm bağında spirtli içki qəbul edib. İddiaya görə, Geçer ayaqyolunda  olarkən silah səsi eşidib. Geçer otağa girəndə Bağırovanın döş qəfəsindən güllə yarası aldığını görüb.

Geçerin verdiyi xəbərlə hadisə yerinə gələn sağlamlıq qrupları Bağırovanın öldüyünü müəyyən edib. Bağırovanın Geçerin tapançasından açılan güllədən öldüyü müəyyən edildikdən sonra prokurorun göstərişi ilə polis məmuru nəzarətə götürülüb. Bağırovanın cansız cəsədi müayinə olunmaq üçün morqa aparılıb.

Hadisənin qətl, yoxsa intihar olduğu müayinədən sonra bəlli olacaq.