gurcustan r

Gürcüstanın Daxili İşlər Nazirliyinin Polis Departamentinin Marneuli Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində sərhədi qanunsuz keçmə,  olaraq odlu silah və döyüş sursatları əldə etməyə görə 3 Türkiyə vətəndaşı həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Həbs olunanlardan bəzilərininin qəsdən adam öldürmə ittihamı üzrə qırmızı bülletenlə axtarışa verildiyi məlum olub.

“İki nəfəri qəsdən öldürməkdə təqsirli bilinən və Türkiyə İnterpolu tərəfindən axtarışda olan 1999,  1980 və 2000 təvəllüdlü üç şəxs həbs olunub. Onlar avtomobilə yaxınlaşarkən saxlanılıblar, maddi sübut kimi üzərlərindən odlu silah və 13 güllə götürülüb. Gürcüstan Cinayət Məcəlləsi üzrə barələrində cinayət işi açılıb, 11 ilə qədər həbs qərarı gözlənilir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: