Türkiyənin Hatay əyalətinin İskəndərun rayonunda yerləşən “Qırx Uşaq” Erməni Kilsəsi təmir olunacaq.
Globalinfo.az xəbər verir ki, Türkiyə hökumətinin bu istiqamətdə 5 milyon lirə ayırdığı bildirilir.
Məlumata görə, 6 fevral 2023-cü ildə Türkiyədə baş verən 7,6-7,7 bal gücündə zəlzələ nəticəsində kilsəyə ciddi ziyan dəyib. Kilsə 1876-cı ildə tikilib və 150 illik tarixə malikdir.