Türkiyə XİN-dən Kirman qətliamına reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi İranın Kirman şəhərində baş verən terror aktına reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub:

“İranın Kirman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olduğunu təəssüflə öyrəndik. Bu dəhşətli terror aktını qətiyyətlə pisləyir, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik”.

Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimində baş verən iki partlayış nəticəsində 95 nəfər ölüb, 211 nəfər yaralanıb.