Türkiyədən Əl-Əqsa məscidində baş verən hadisə ilə bağlı bəyanat: Təcili…

Türkiyənin Xarici İşlər Nazirliyi Əl-Əqsa məscidində baş verən hadisə ilə bağlı bəyanat yayıb.

Globalinfo.az xəbər verir ki, bəyanatda deyilir:

“Aralarında nazirlərlərin də olduğu yüzlərlə radikal israillinin polisin himayəsi altında Əl-Əqsaya basqın etməsi Qüdsün tarixi statusunu pozan təxribatdır və bölgəmizdə gərginliyi daha da artıracaq.

Bu təxribatçı hərəkət İsrail tərəfinin sülhə nail olmaq niyyətində olmadığını bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyət İsrail hökumətinin Qəzzada törətdiyi vəhşilikləri dayandırmaq və bütün regionumuzun sabitliyini hədəf alan bu cür hərəkətlərin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”.