63d58180c643d63d58180c643e1674936704541f0ce2929f4271f7e3307e5ffe491e

Türkiyə XİN Avropa və ABŞ-dəki vəziyyətə görə bu regionlara səfər edən vətəndaşlara xəbərdarlıq edib.

Globalinfo.az-ın xəbərinə görə, məlumat Türkiyə XİN-in tviter səhifəsində yerləşdirilib.

Bildirilir ki, Avropa ölkələrində irqçi hücumlar, və antitürk təbliğat geniş vüsət alıb. Bu səbəbdən Avropada yaşayan və ya ora səfər edən türkiyə vətəndaşlarına maksimum dərəcədə ehtiyatlı olmaq tövsiyə olunur.

Nazirlik eyni zamanda ABŞ-yə səfər edənlərin etiraz aksiyalarından uzaq durmalarını tövsiyə edir.

Paylaş: