Hakan Fidan ABŞ-a gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün yanvarın 23-də Nyu-Yorka gedəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nazirimiz BMT Təhlükəsizlik Şurasının 23 yanvar 2024-cü ildə Fələstinlə bağlı keçiriləcək iclasında iştirak etmək üçün Nyu Yorka səfər edəcək.

Nazirimizin səfərlə bağlı ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur”, – məlumatda bildirilir.