qreci 1712159764

Türkiyə və Yunanıstanın xarici işlər nazirləri noyabrın 8-də Afinada danışıqlar aparacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, Yunanıstanın xarici işlər naziri George Gerapetritis türkiyəli həmkarı Hakan Fidanla noyabrın 8-də Afinada ikitərəfli məsələləri, o cümlədən müstəsna iqtisadi zonanın demarkasiyası mövzusunu müzakirə etmək üçün görüşəcək.

NATO müttəfiqi olan Yunanıstan və Türkiyə onilliklərdir ki, Şərqi Aralıq dənizində hava məkanı və dəniz yurisdiksiyası, enerji resursları və Ankaranın nəzarəti altında olan Kipr məsələsində gərginlik yaşayır.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Yunanıstanla münasibətlərin yaxşılaşacağına inandığını açıqlayıb və Gerapetritis ilə Fidan arasında keçirilən görüşün dəniz zonaları və hava məkanı kimi məsələlərin həllində mühüm rol oynayacağını diqqətə çatdırıb.

Qeyd edək ki, gələn ilin yanvar ayında Ankarada yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir və bu toplantıda ölkələr əldə edilən irəliləyişləri qiymətləndirəcəklər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: