Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir

Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə-Pakistan Birgə Komando və Xüsusi Təyinatlılar Təlimi (CİNNAH-2024) 3-16 mart 2024-cü il tarixlərini əhatə edəcək.

Təlimlər İspartanın Eğirdir rayonundakı Dağ, Komando Məktəbi və Təlim Mərkəzi, həmçinin Ankaranın Gölbaşı rayonundakı Baş Qərargah Xüsusi Təyinatlı Komandanlığında paralel həyata keçiriləcək.

Məqsəd iki ölkə arasında komando-xüsusi təyinatlı əməliyyatı növləri ilə bağlı bilik və təcrübə mübadiləsidir.

Qeyd edək ki, bu il təlimlərə Türkiyə, növbəti il isə Pakistan ev sahibliyi edəcək.