WhatsApp Image 2026 05 21 at 11.12.45

Türkiyə və Haitidə baş verən zəlzələlər nəticəsində böyük dağıntılar yaşandı və hazırda yenidənqurma işləri davam edir. Bu prosesə zəlzələyə davamlı tikinti prinsiplərinin daxil edilməsi tamamilə düzgün yanaşmadır”.

Globalinfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında insan hüquqları üzrə vəkil və məcburi köçkünlük sahəsi üzrə ekspert Paula Gaviria deyib.

O bildirib ki, əsas məsələ yalnız binaları nə qədər sürətlə yenidən tikdiyimiz deyil:

“Əsas sual budur: biz həmin binaları gələcək riskləri azaldacaq və təkrar fəlakətlərin qarşısını alacaq şəkildə qururuqmu?

Biz uzun illərdir “daha yaxşı şəkildə yenidən qurmaq” barədə danışırıq, gələcək haqqında düşünürük. Amma reallıqda hələ də çox vaxt eyni zəifliklərlə yenidən tikirik”.

Paula Gaviria qeyd edib ki, yenidənqurma prosesində qoyduğumuz təməllər kifayət qədər möhkəm deyil və inşa etdiyimiz sistemlər münaqişə, zorakılıq və fəlakətlərin yaratdığı təhdidlərə davam gətirmək gücündə olmur:

“Bu baxımdan düşünürəm ki, məqsədimiz yalnız böhrandan əvvəlki vəziyyəti bərpa etmək olmamalıdır. Əksinə, biz daha təhlükəsiz, daha inklüziv və daha dayanıqlı icmalar yaratmalıyıq ki, insanlar orada ləyaqətlə yaşaya və öz gələcəklərinə inam hiss edə bilsinlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: