Türkiyə və Ermənistan rəsmiləri Ankarada görüşdülər

6850242714979685024271497a175008259968502427149776850242714978

Türkiyə Xarici İşlər nazirinin müavini, səfir Berris Ekinci ilə Ermənistan Xarici İşlər nazirinin müavini Vahan Kostanyan arasında Ankara şəhərində görüş keçirilib.

Globalinfi.az “APA”ya istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu cür təmaslar tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çərçivəsində həyata keçirilir.