
Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Danışıqlar mayın 17-də Aşqabadda keçirilən Mədəniyyət Nazirlərinin Beynəlxalq Konfransı çərçivəsində baş tutub.
Bildirilib ki, tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tam tənzimlənməsi çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın qurulmasını müzakirə ediblər.
Nazirlər həmçinin tarixi Ani körpüsünün bərpası məsələsi ətrafında fikir mübadiləsi aparıblar.